Beş il sonra ilk dəfə Türkiyə və Yunanıstan arasında diplomatik görüş baş tutacaq

Hazırda oxunan: Beş il sonra ilk dəfə Türkiyə və Yunanıstan arasında diplomatik görüş baş tutacaq

9528

Türkiyə və Yunanıstan xarici işlər nazirlikləri arasındakı danışıqlar beş illik fasilədən sonra yanvarın 25-də İstanbulda keçiriləcək.

Bizim.Media Türkiyə mətbuatına istinadən məlumat verir ki, görüşdə Egey dənizi ilə bağlı tərəflər arasında yaranmış problemlər müzakirə olunması nəzərdə tutulur.

Görüşdən əvvəl açıqlama verən Yunanıstan Baş naziri Kyriakos Miçotakis İstanbula xoş niyyətlə gedəcəklərini bildirib.

Yunanıstan və Türkiyə arasında ilk araşdırma görüşü 2002-ci ildə Ankarada iki ölkənin xarici işlər nazirlərinin köməkçiləri səviyyəsində baş tutub. Tərəflər arasında 2016-cı ilə qədər 60 görüş keçirilib. Sonuncu görüş olan 60-cı tur 2016-cı ilin martında Afinada təşkil edilib.

Bu tarixdən sonra o zamankı Yunanıstan Baş naziri Aleksis Çiprasın laqeyd münasibəti səbəbindən dayandırılan danışıqlar siyasi müşavirə formasında davam etsə də, araşdırma çərçivəsinə qayıda bilməyib.

Avropa Birliyi və bu ittifaqa üzv dövlətlərdən beş illik fasilədən sonra sabah bərpa olunacaq görüşlərə dəstək açıqlamaları verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin