7 sinif yoldaşı tərəfindən zorlandığı deyilən yeniyetmə MƏKTƏBƏ getmir – Direktordan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: 7 sinif yoldaşı tərəfindən zorlandığı deyilən yeniyetmə MƏKTƏBƏ getmir – Direktordan ÖZƏL AÇIQLAMA 

95269

Cəlilabad rayonunda 12 yaşlı yeniyetmə oğlanın 7 sinif yoldaşı tərəfindən zorlanması iddiası ilə bağlı məsələ aktual olaraq qalır.

Yeniyetmənin anası Pərvanə Cəbrayılovanın iddiasına görə hadisə 4 ay əvvəl Günəşli kənd 1 nömrəli tam orta məktəbin idman dərsində baş verib. Oğlu 7 sinif yoldaşı tərəfindən mütəmadi olaraq cinsi təcavüzə məruz qalıb, hal 7-8 dəfə təkrarlanıb və gizlədilməsi üçün qorxudulub. 
 

MÖVZU İLƏ BAĞLI:

7 sinif yoldaşı tərəfindən zorlandığı deyilən yeniyetmənin ANASINDAN dəhşətli AÇIQLAMA 


Qeyd edək ki, Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb və təyin edilmiş ekspertiza nəticəsində iddialar təsdiqini tapmayıb.

Həmin yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib ki, onların 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmayıb və məsələ profilaktiki işin təşkili qrupuna həvalə olunub.

Pərvanə Cəbrayılova ekspertiza rəyindən narazı olduğu üçün təkrar ekspertiza tələb edib və faktı ona təsdiqləyən valideyninin izahatının alınmasını istəyib.

Olayda bağlı məktəbin direktoru Nizami İsmayılov, müavini Rəfiqə Babayeva, sinif rəhbəri Zahidə Şahbazova, eləcə də idman fənnini tədris edən Ruslan müəllimin də adı çəkilir. 

12 yaşlı yeniyetmə ciddi travma səbəbindən məktəbə getmir. Ananın sözlərinə görə oğlunun nə ötən ilki kitabları yığılıb, nə də bir həftədir dərsə niyə getmədiyi sorğulanır. 

Məsələ ilə bağlı Cəlilabad rayonu Günəşli kənd 1 nömrəli tam orta məktəbin direktoru Nizami İsmayılov Bizim.Media-ya açıqlamasında baş verən olaya və yeniyetmənin dərsdən yayınması məsələsinə münasibət bildirib.

O, günahları olduğu təqdirdə istənilən cəzanı çəkməyə, hətta işdən kənarlaşmağa hazır olduğunu bildirib:

“O valideyn qızını məktəbə gətirir, burada gözləyir və götürüb gedir. Bəs, niyə oğlunu gətirmir? Valideyn özü oğlunun başına gələnlərlə bağlı polis bölməsinə müraciət edib və cavabını da alıb. Biz nə edə bilərik? Həmin 7 şagirdi sinifdən çıxarıb paralel sinfə və ikinci növbəyə saldıq ki, bir-birlərini görməsinlər. Ana özü dərk edir ki, dərs başlayıb, uşağını göndərsin.

Məgər sinif rəhbəri və ya biz desək, məsələ həll olunacaq? Ümumiyyətlə, bu valideynlə ünsiyyət qurmaq mümkün deyil, şər, böhtan və qalmaqal axtarır. Ağzını təhqir və söyüşlərlə açır. Elə ifadələr işlədir ki, o sözlərə dözmək olmur. 700-ə yaxın bu məktəbdə şagird var.
İlk dəfədir ki, belə bir valideynə rast gəlirəm. Dinləməyi belə bacarmır. Hər dəfə yola veririk gedir. Axı bizim də əsəblərimiz pozulur. Müəllimlərin nə günahı var? Ötən dəfə qadın həmin 7 nəfərdən birinin bacısına şillə vurub. Barəsində şikayət ərizəsi yazıldı. Yenə də yola verdik, getdi. Kaş ki, siz o valideynlə 15 dəqiqə ünsiyyətdə olasız”.

Direktorun sözlərinə görə məlum olayla bağlı özü də daxil olmaqla, bir neçə müəllim töhmət alıb:

“O hadisədən xəbər tutan kimi fərdi olaraq həm şagirdlərlə, həm də bütün siniflə danışmışam. Hər birinin izahatını alıb, özümdə saxlamışam. Ayrıca sinif rəhbəri ilə də danışmışam. 11 yaşlı uşaqlardan danışırıq. Siz onları görsəniz, hər biri çəlimsiz və kiçik uşaqlardır. Bu hərəkət nə tibbi, nə də digər cəhətlərdən də mümkün deyil.

Bu dəqiqə sinif rəhbəri məktubla yeniyetmənin davamiyyətinin təmin edilməsi üçün o valideynə müraciət edər. İnanın, bununla da iş bitməyəcək. Valideynin istəyi varsa, köməklik edək, məktəbi dəyişdirək.
Qaldı ki, 7 nəfərin onun oğluna qarşı hərəkətinə, bununla bağlı aidiyyəti qurumlar araşdırma aparıb. İki rayonda ekspertizadan keçirilib.

Olubsa da, cəzamızı çəkək. Mənim və ya sinif rəhbərinin işdən azad edilməsi ilə məsələ həll oluncaqsa, hər şeyə hazırıq. Çünki bu iş məcrasından çıxıb. Hara gəldi müraciət edir. Məktəbin adını hallandırır. Konkret yolu olmalıdır. Əlac ona qalıb ki, məhkəməyə müraciət edək. Amma mənə ayıbdır ki, kəndimin qadını ilə üz-üzə gəlim”, deyə direktor əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin