Az da olsa cəmiyyətimizdə belə hallar olur ki, insan müxtəlif dövürlərdə müəyyən xəzinə ilə rastlaşır. Öz həyətində və yaxud başqasının mülkiyyətində olan torpaq sahəsində, eləcə də köhnə tikililərin söküldüyü zaman gizlədilmiş sərvət üzə çıxır.
Bəzi hallarda qənimət tapan şəxslər bunu hər kəsdən, xüsusilə də müvafiq dövlət qurumlarından gizlətməyə çalışırlar. Bu isə qanun pozuntusu hesab edilir. Çünki, qanunvericilikdə qənimət tapan adama kifayət qədər hüquqlar tanınır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Əsabəli Mustafayev bildirdi ki, Mülki Məcəllədə bu “dəfinə” adlandırılır:
“El arasında isə buna “xəzinə” deyirik. Burda müxtəlif məqamlar var. Mülki Məcəllənin 187-ci maddəsinə əsasən əgər kimsə özgə torpağında dəfinə tapırsa onda tapılan dəfinə torpaq sahibi ilə tapan şəxs arasında bərabər bölünür.
Əgər qazıntı işi torpaq mülkiyyətçisinin razılığı ilə aparılmayıbsa onda tapılan dəfinə tamamilə torpaq mülkiyyətçisinə verilir. Belə hesab edilir ki, qazıntı və axtarış işləri mülkiyyətçinin razılığı olmadan aparılıb. Əgər dəfinə öz torpağında tapılıbsa onda dəfinə mülkiyyətçiyə məxsus olur”.
Hüquqşünas onu da əlavə etdi ki, əgər tapılan dəfinə tarixi əşyadırsa onda tapılan əşyalar dövlətə verilməlidir:
“Dövlət də həmin xəzinənin 50 faizi həcmində mükafatı tapan şəxsə verir. Əgər qazıntı-axtarış işləri dövlət torpağında qanunsuz aparılıbsa onda tapan şəxsə heç nə verilmir. Hər şey dövlətin nəfinə keçirilir.
Bir də arxoloji qazıntı aparan təşkilatlar var. Bu təşkilatlar qazıntı zamanı tapdıqları dəfinədən heç bir pay almır. Çünki, sifarişçi dövlətdir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:30 / 22.09.2022
Tapdığınız sərvətdən sizə neçə faiz pay düşə bilər? – Hüquqi İZAH
Hazırda oxunan: Tapdığınız sərvətdən sizə neçə faiz pay düşə bilər? – Hüquqi İZAH
Hazırda oxunan: Tapdığınız sərvətdən sizə neçə faiz pay düşə bilər? – Hüquqi İZAH
95251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.