Baş həkimin məhkəmə prosesində yekun qərar açıqlandı

Hazırda oxunan: Baş həkimin məhkəmə prosesində yekun qərar açıqlandı

9522

Bizim.Media xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Baş həkim Cəlil Nəzərov saxlanıldı


Qərara əsasən C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Cəlil Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılmışdı. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin