Ter-Petrosyan revanşistləri başına toplayacaq: “Azərbaycanla vuruşmağa ehtiyac yoxdur”

Hazırda oxunan: Ter-Petrosyan revanşistləri başına toplayacaq: “Azərbaycanla vuruşmağa ehtiyac yoxdur”

95210

Yaxın günlərdə Ermənistanın üç eks-prezidenti - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın görüşü baş tutacaq və bu görüşdə katolikos II Qareginin də iştirak edəcəyi bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Hraparak” qəzetində yer alıb.

Mənbə yazır ki, görüşün Eçmiədzində baş tutacağı ehtimal edilir. Mövzu Ermənistandakı ağır vəziyyətdir. Görüşün təşəbbüskarı ölkənin birinci prezidenti Levon Ter-Petrosyan olub.
O, öz qarşısında  Ermənistanın Azərbaycanla toqquşacağı təqdirdə ölkənin üzləşəcəyi təhlükələr barədə adları çəkilən şəxslərə izahat vermək vəzifəsi qoyub.

Ter-Petrosyan onları müharibədən çəkindirməyə və bu mövzuda hazırkı hökuməti dəstəkləməyə çalışacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin