Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

Hazırda oxunan: Azərbaycan - Qazaxıstan oyununu almaniyalı hakimlər idarə edəcək

95203

Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun təyinatları bəlli olub.

Bizim.Media xəbər verir ki, qarşılaşma Almaniyadan olan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Harm Osmersə Robert Kempter və Dominik Şaal laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

İspaniyalı Manuel Diaz Vega hakim-inspektor, estoniyalı Veiko Soo isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Azərbaycan millisi bu gün V turda Trnavada Slovakiya ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin