Yasamal Rayon Məhkəməsində işdən çıxarılan Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Aqil Süleymanovun işə bərpası ilə bağlı iddia ərizəsinə baxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə vəkil Əziz Qənbərli məlumat verib. Vəkil bildirib ki, məhkəmə qaldırılan iddianı təmin edib:
“Qarabağ Qazisi, Müharibənin qızğın dövründə vaxtından əvvəl rütbəsi artırılan, Azərbaycan Prezidenti tərəfindən "Vətənə Xidmətə" görə medalı da daxil olmaqla, 5 medalla təltif olunan Aqil Suleymanovun işə bərpa tələbinə dair iddiamız Yasamal rayon Məhkəməsinin hakimi Toğrul Axundov tərəfindən tam təmin edilib. O, Dövlət Sosial Müdafiə Fondunda əvvəl işlədiyi şöbə müdiri vəzifəsinə bərpa edilib".
Qeyd edək ki, Aqil Süleymanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən işdən çıxarılmışdı. O, işdən çıxarılmasını qanunsuz hesab etmişdi.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:39 / 22.09.2022
Məhkəmə DSMF-nin şöbə müdirinin işdən çıxarılması ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Məhkəmə DSMF-nin şöbə müdirinin işdən çıxarılması ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Məhkəmə DSMF-nin şöbə müdirinin işdən çıxarılması ilə bağlı QƏRAR VERDİ
95162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.