Bild: “Navalnı Putinin Drezdendəki evinə girmək istəyib”

Hazırda oxunan: Bild: “Navalnı Putinin Drezdendəki evinə girmək istəyib”

9516

Bizim.Media Almaniyanın “Bild” qəzetinə istinadən məlumat verir ki, Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinin kəşfiyyat zabiti olduğu dövrdə Drezdendə yaşadığı evin içərisində çəkiliş etmək istəyib. Lakin onun bu tələbi mənzilin hazırkı sahibi tərəfindən rədd edilib.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Almaniyada xidmətini başa vurduqdan sonra Putinin Drezdendəki üç otaqlı mənzilində mebel istehsalçısı Jörg Hofmann yaşayır. Hofmann çox vaxt Rusiyadan gələn turist qruplarının evinin önündə dayandığını bildirib və "buranın bir Putin muzeyi olduğunu düşünürlər"- deyə əlavə edib.

 

MÖVZU İLƏ BAĞLI:

Almaniyadan gələn Navalnı Moskvada saxlanıldı

“Qələbə” reysi ilə geri dönəcəm - Navalnı Rusiyaya qayıdır


Əcnəbiləri mənzilinə qəbul etmədiyini bildirən Hofmann, keçən ilin sonunda mənzili görmək istədiyini söyləyən Rus müxalif Aleksey Navalnını da rədd etdiyini qeyd edib.

Hofmann Navalnının Putinin köhnə mənzilini görmək istəyi ilə bağlı olaarq “Navalnı Miladdan əvvəl (25 dekabr) mühafizəçiləri ilə birlikdə evimin qarşısına gəlmişdi. Düşünürəm ki, sənədli film çəkirdi ”deyib.

Yaşadıqdan sonra mənzili əsaslı şəkildə təmir etdiyini bildirən Hofmann, Putinin dövründə mənzilin necə olduğunu da xatırladığını söyləyib. Mənzildə tünd rəngli rus mebellərinin olduğunu qeyd edən Hofmann, divarların Şərqi Almaniyaya xas olan alüminium divar kağızları ilə örtülü olduğunu və döşəmələrdə bej xalçaların olduğunu söyləyib.

Xatırladaq ki, Rus müxalif Navalnının Krasnodarda Rusiya prezidenti Putinin özü üçün "saray" inşa edildiyini iddia edən yeni sənədli filmində Drezdendə çəkilən kadrlara da yer vermişdi.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin