Bizim.Media nüfuzlu “Forbs” jurnalına istinadən xəbər verir ki, Rusiya nüvə mühərrikli pilotsuz sualtı qayıqların silahlanmaya daxil edilməsi istiqamətində fəal iş aparır.
Jurnalın məlumatında “Poseidon” adlanan yeni pilotsuz sualtı qayıqların ABŞ-ın sahil şəhərlərini və hərbi bazalarını nüvə zərbəsi endirmək qabiliyyətinə malik olduğu və Rusiyanın hazırda "qiyamət silahı” adlandırılan 4 nüvə sualtı qayığı inşa etdiyi bildirilir.
Forbes-in yazdığına görə, “Poseidon” tipli sualtı qayıqlar cəmi bir neçə günə Atlantik Okeanını keçərək ABŞ sahillərinin yaxınlığında partlaya və ABŞ-ın bütün sahil zolağını məhv edə bilər.
Silah mütəxəssisi Kingston Reif jurnala verdiyi açıqlamada “Poseidon” tipli sualtı qayıqların ABŞ-ın nüvə başlıqlı ballistik raketləri vurmağa qadir olan raket əleyhinə sistemlərə yatırdığı investisiyaya qarşı cavab olduğuna əmindir.
Hava hücumundan müdafiə sistemlərinin praktiki olaraq mükəmməl olmadığını qeyd edən Reif, Rusiyanın hər cür riskdən çəkinmək istədiyini bildirib. Mütəxəssis ABŞ-ın atılan ballistik raketləri zərərsizləşdirəcəyi halda “Poseidon” sualtı qayıqlarının Rusiya üçün "sığorta siyasəti" olacağını bildirib.
"Onların (Rusiyanın) bu sistemlərə sərmayə qoyması, müdafiə ilə bağlı real narahatlıqlarının olduğunu göstərir", - deyə Reif qeyd edib.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:21 / 24.01.2021
“Forbs” jurnalı “ABŞ-ı məhv edəcək” silahdan yazdı
Hazırda oxunan: “Forbs” jurnalı “ABŞ-ı məhv edəcək” silahdan yazdı
Hazırda oxunan: “Forbs” jurnalı “ABŞ-ı məhv edəcək” silahdan yazdı
9515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.