Ermənistanın hər kəndində ən azı on rus agenti fəaliyyətdədir – Pelosinin İrəvan səfərinin NƏTİCƏLƏRİ 

Hazırda oxunan: Ermənistanın hər kəndində ən azı on rus agenti fəaliyyətdədir – Pelosinin İrəvan səfərinin NƏTİCƏLƏRİ 

95047

Amerikalı spikerin Ermənistana 3 günlük səfəri zamanı Rusiya xüsusi xidmət orqanları İrəvanda çox biabırçılıqların şahidi olub. Vladimir Putinin yol boyu asılmış plakatlarının yığışdırılmasından tutmuş, “Ermənistan-Rusiya əbədiyyən birlikdə” kompleksinin uçurdulmasına qədər ruslar hər şeyi qeydə alıblar.

Bu azmış kimi xanım Nensinin Hollivud ulduzundan da mahircəsinə tökdüyü göz yaşlarından ilhamlanan ermənilər hətta küçələrə tökülüb Rusiya əleyhinə çağırışlar etməyə, Ermənistanı KTMT-dən çıxması tələbini irəli sürməyə başlayıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Qafqazda parçalanan və birləşən MARAQLAR – “Pelosinin İranla bağlı fikirləri heç bir məna kəsb etmir”


Əslində Rusiyanın Xarici Kəşfiyyat İdarəsi hələ bu səfərdən öncə baş verənlərdən xəbərdar idi. Həmin səfər günləri isə minlərlə əməkdaş Ermənistan ərazisində xidmət aparırdı və bütün baş verənlər mərkəzə ötürülərək analiz edilirdi.

RF prezidenti Vladimir Putin dünənki çıxışında məhz bu informasiyaların analizindən sonra İrəvana sətraltı mesajını da vermiş oldu: “Hər şey üç ölkənin liderləri tərəfindən 10 noyabr 2020-ci il razılaşmasına əsasən həll ediləcək”.

Rusiyalı politoloqlar bir qədər öncə vətəndaşlıqdan imtina etmiş Ruben Vardanyan olayından başlayaraq şərh edirdilər ki, Ermənistanda vəziyyət dəyişir və “mərkəzdən qaçma” halları müşahidə olunmaqdadır. Bunun müqabilində isə İrəvan təhdid edilirək vurulanırdı ki, əgər “Rusiya cəmi 5 gün Ermənistanı Azərbaycanla təkbətək buraxsa, İrəvan azərbaycanlıların şəhəri olacaq”. 

Təsadüfi deyil ki, xanım Nensinin İrəvan səfərinin şıdırğı vaxtı Kremlin sözçüsü Vladimir Peskov yarınifrət, yarıironiya ilə dedi ki, ucadan səsləndirilən bəyanatlar reallıqda münasibətlərin normallaşmasına töhfə verə biləcəkmi? Zamanla bütün bunlar aydın olacaq... Bununla da Peskov Ermənistana mesaj verdi ki, “sizinlə hesablaşmağa hələ çox vaxtımız olacaq”. 
Rusiya telekanallarında da son günlər İrəvanda müşahidə olunan xəyanət senarisi ilə bağlı müxtəlif mülahizələr də irəli sürüldü. KİV-lərdə analaitiklərin canlandırdıqları mənzərə ondan ibarətdir ki, Ermənistanın nəinki mərkəzində, hətta an balaca kəndində də ən azı 10 rus agenti fəaliyyətdədir. Onun milliyyəti rus olmaya da bilər. 

Çünki Ermənistan Rusiya üçün hərbi bazasının olduğu bir yer kimi, təkcə Türkiyə ilə sərhəd demək deyil, həm də dünyada cəmlənən bütün maraqlarının ən həssas sınırıdır. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin