Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conosunun hökumət başçısı kimi fəaliyyətinin ilk aylarına həsr olunmuş serial hazırlanır.
Bizim.Media xəbər verir ki, bu barədə “Skynews” məlumat yayıb.
Qeyd olunub ki, serialın ilk seriyası bir həftə sonra, sentyabrın 28-də efirə veriləcək.
Consonu məşhur britaniyalı aktyor Kenneth Branagh, onun həyat yoldaşı Kerrini isə Ofeliya Lovibond canlandıracaq.
Xatırladaq ki, Conson Baş nazir postunu 2019-cu il iyulun 24-dən tuturdu. O, 2022-ci il sentyabrın 6-da bu postundan uzaqlaşıb. Hazırda Baş nazir vəzifəsini Liz Tras tutur .
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:40 / 21.09.2022
Boris Consonla bağlı serial çəkilir
Hazırda oxunan: Boris Consonla bağlı serial çəkilir
Hazırda oxunan: Boris Consonla bağlı serial çəkilir
95045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.