Kamran Əliyev: "İnfrastruktur obyektlərinin açılışı “Böyük Qayıdış”ın əsasını qoyub" - FOTO 

Hazırda oxunan: Kamran Əliyev: "İnfrastruktur obyektlərinin açılışı “Böyük Qayıdış”ın əsasını qoyub" - FOTO 

95004

Xəbər verildiyi kimi, Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.

Bizim.Media Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev deyib ki, reallaşan müxtəlif istiqamətli layihələrin və strateji infrastruktur obyektlərinin açılışı Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq “Böyük Qayıdış”ın əsasını qoyub.
 

MÖVZU İLƏ BAĞLI:

Baş prokuror: Quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura qayıdışın təməlini qoydu - FOTO


Müşavirədə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.

Baş prokuror qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin