İran tarixində hicaba etiraz edən hərəkatçı QADINLAR – Onlar kimlərdir?

Hazırda oxunan: İran tarixində hicaba etiraz edən hərəkatçı QADINLAR – Onlar kimlərdir?

94965

İranda əxlaq polisi tərəfindən həbs edilən gənc qadın Məhsa Əmininin həbsxanada öldürülməsi İranda geniş etirazlara səbəb olub. Artıq Tehran küçələri hicab və digər islam qaydalarını tətbiq etmək üçün ictimai yerlərdə patrul xidməti göstərən polislərlə doludur. 

Lakin bu hadisə İran tarixində ilk deyil. 1979-cu ildə baş verən İslam inqilabından bəri qadınlar qanunla baş-boyunlarını örtmək və saçlarını gizlətmək məcburiyyətindədirlər.

Bununla belə, son iki onillikdə Tehranda və İranın digər böyük şəhərlərində daha çox qadınlar getdikcə etiraz əlaməti olaraq saçlarından örtükləri götürməyə başlayıblar. Həmçinin sosial şəbəkələrdə belə hicabsız fotolarını paylaşmaqdan çəkinmirlər.

Bizim.Media xəbər verir ki, hicaba etiraz ilk dəfə 2017-ci ilin dekabrında Tehranın İnqilab küçəsində Vida Movahed adlı gənc qadının başındakı örtüyü açması ilə başlayıb. O, etiraz əlaməti olaraq hicabını çubuqda yelləməsi ilə gündəmə gəlib.


Vida Movahed 2018-ci ildə də bənzər nümayişlər vaxtı saxlanılaraq aylarla həbs həyatına məhkum olub. Bundan sonra İranda oxşar kampaniyalar keçirilib. Belə ki, qadınların hicab tələbinə etirazı #MySecretFreedom və #WhiteWednesday kimi həştəqlərlə müşayiət olunub.

Digər iranlı qadın Məsih Əlinecad da illər öncə hicabını açaraq baş örtüyünə qarşı hərəkət başladıb.

O, kiçik bir kənddə mühafizəkar müsəlman ailəsində böyüdüyünü və ailə üzvləri arasında belə saçını örtməli olduğunu qeyd edib. Və bütün baş verənlər onda ikrah və nifrət hissi yaradıb. 


O, başıaçıq şəkildə maşın sürdüyü yerdə foto çəkdirərək küləyi saçlarında hiss etməkdən xoşbəxt olduğu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Məsih bu addımı ilə digər qadınları da azad şəkildə fotolarını, xoş xatirələrini paylaşmağa həvəsləndirib. Nəticədə Məsih ölkənin hər bir yanından qadınların göndərdiyi şəkil yağışına tutulub.

Beləliklə, məcburi baş örtüsünə qarşı #MyStealthyFreedom (#MənimGizliAzadlığım) adlı sosial media hərəkətı başlayıb. Məsih Əlinecadın artıq 7 milyondan çox izləyicisi var və o, sözügedən hərəkatın gücü hesab olunur.


Son illərdə iyulun 12-də İslam Respublikasının “Hicab və İffət Günü” günündə qadınların müxtəlif qrupları məcburi baş geyimlərinə qarşı itaətsizlik göstərərək kampaniyalarda iştirak edirlər.

Hazırda hicaba görə saxlanılan və həbsxanada öldürülən Məhsa Əminə görə, müxtəlif şəhərlərdə yaşayan hicablı qadınlar etiraz məqsədilə baş örtüklərini yandırıb, saçlarını kəsirlər. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin