Agentlik: "Xəstəxanaların çoxu özünü maliyyələşdirə bilmir”

Hazırda oxunan: Agentlik: "Xəstəxanaların çoxu özünü maliyyələşdirə bilmir”

94963

"Hazırda ölkədə mövcud xəstəxanaların 90 faizdən çoxu özünü maliyyələşdirməkdə çətinlik çəkir".

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin Strateji Təhlil departamentinin rəhbəri Araz Nəsirov "Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi" tvininq layihəsinin açılış mərasimində deyib.

O bildirib ki, gələcəkdə xəstəxanaların resuslarının və imkanlarının səmərələşdirmək və özünümaliyyələşdirmə səviyyəsinə çatdırmaq istəyirlər:

"Tvininq layihəsi çərçivəsində bu istiqamətlərdə beynəlxalq təcrübəni öyrənmək və tətbiq etməyi planlaşdırırıq. Həmçinin Avropanın aktual hesablamalarını tətbiq etmək istəyirik. Çünki bizim hesablamalarla Avropanın hesablamaları uyğunlaşdırılmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin