"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo kapitanı olduğu Portuqaliya millisi ilə bağlı gələcək planlarından danışıb.
Bizim.Media xəbər verir ki, 37 yaşlı futbolçu "Renascenca"ya açıqlamasında bildirib ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatında da oynamaq istəyir:
"Ümid edirəm ki, daha bir neçə il milli komandada oynayacağam. Mənim ambisiyalarım böyükdür. Hələ də özümü çox motivasiyalı hiss edirəm. Milli ilə səyahətim bitməyib. Milli komandamızda keyfiyyətli gənclər çoxdur. Qarşıda dünya çempionatı var və mən isə növbəti Avropa çempionatında da oynamaq istəyirəm”.
Göründüyü kimi, 2024-cü ildə 39 yaşı olacaq Ronaldo Avropa çempionatında da Portuqaliya millisinə kömək etmək fikrindədir.
Qeyd edək ki, Ronaldo Portuqaliya millisində 117 qol vurub. Bu isə milli komandalarda vurulan qol sayına görə dünya rekordudur.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:57 / 21.09.2022
Ronaldo 39 yaşında "Avro-2024"də oynamaq istəyir
Hazırda oxunan: Ronaldo 39 yaşında "Avro-2024"də oynamaq istəyir
Hazırda oxunan: Ronaldo 39 yaşında "Avro-2024"də oynamaq istəyir
94944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.