Fulya Öztürk şəhid ailələrinin üzvləri ilə görüşdü - FOTO

Hazırda oxunan: Fulya Öztürk şəhid ailələrinin üzvləri ilə görüşdü - FOTO

94942

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Uğur” ustad dərsləri layihəsi çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində növbəti görüş təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ölkəmizdə həssas kateqoriyadan olan şəxslərin qayğı ilə əhatə olunması üçün davamlı sosial layihələrin həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, “Uğur” ustad dərsləri layihəsində müxtəlif sahələrdə uğur qazanmış insanların bu kateqoriyadan olan şəxslərlə görüşlərinin keçirilməsində məqsəd onların asudə vaxtının səmərəli təşkili, eləcə də cəmiyyətin həyatında iştirak imkanlarının genişləndirilməsidir.
100-dən çox şəhid ailəsi üzvünün iştirak etdiyi layihənin qonağı bu dəfə “CNN TÜRK” telekanalının müxbiri, Vətən müharibəsi haqqında hazırladığı xüsusi reportajları ilə yadda qalan jurnalist Fulya Öztürk olub.

F.Öztürk Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşdən məmnunluğunu bildirib. Jurnalist qeyd edib ki, həm Vətən müharibəsində, həm də postmüharibə dövründə bir neçə dəfə Azərbaycana gələrək ölkəmizin haqlı mübarizəsini, erməni təxribatları barədə reallıqları dünya auditoriyasına çatdırıb.

Sonra F.Öztürk iştirakçılarla öz uğur düsturunu bölüşüb.

Maraqlı müzakirələrlə yadda qalan görüşdə şəhid ailələrinin üzvləri onları maraqlandıran suallara cavab tapmaqla bərabər, peşəkar tövsiyələr almaq imkanı əldə ediblər.
İştirakçılara peşəkar biliklərin aşılanması ilə onları yeni uğurlara stimullaşdıran “Uğur” ustad dərsləri layihəsinin davamlı olaraq təşkil olunması nəzərdə tutulub.

Sonda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlıq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin