Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Konfransı keçirilir

Hazırda oxunan: Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Konfransı keçirilir

94939

Bu gün Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Konfransı işə başlayıb.

Bizim.Media xəbər verir ki, sabah başa çatacaq tədbirin məqsədi Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühütinin daha dayanaqlı xarakter almasına töhfə verməkdir. 

Konfransda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı bildirib ki, Azərbaycanda gənclərin kibertəhükəsizliyə marağı böyükdür:

"Bizim universitetdə 5 ildir ki, "Kibertəhlükəsizlik" ixtisası tədris olunur. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclər məhz bu sahəni seçir. Bu il bizim universitetə dediyim sahə üzrə 150 nəfər daxil olub ki, onlardan ən az bal toplayanı 639 bal toplayıb". (Report.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin