Şəhid Cəbrayıl Dövlətzadə: “Nənə, mənə zəngilanlı qızı alarsan”

Hazırda oxunan: Şəhid Cəbrayıl Dövlətzadə: “Nənə, mənə zəngilanlı qızı alarsan”

949

Ali Baş komandan İlham Əliyevin elan etdiyi Füzuli, Cəbrayıl, Xocavənd rayonlarındakı kəndlərin və Zəngilan şəhərlərinin işğaldan azad olunması xəbəri bütün türk dünyasına xoş bir müjdə kimi yayıldı. Cənab prezidentin də dediyi kimi, bu qələbələr əsgərlərimizin rəşadəti nəticəsində başa gəlir. Hər qarışında nə qədər Vətən oğulları canlarını qurban verir. 

Qarabağın azadlığı uğrunda döyüşlərdə rəşadət göstərənlərdən biri də 19 yaşlı əsgər Cəbrayıl Dövlətzadə idi. Cəbrayıl Dövlətzadə döyüşlərin ilk günlərindəcə düşmənin xeyli silah-sursatını ələ keçirib, iki polkovnikini və bir generalını boğaraq öldürüb. Düşməni öldürəndə, “General Polad Həşimovun qisasını aldım!” deyib. Onun ana babası və nənəsi də Zəngilanda doğulublar. Cəbrayılın nənəsi Əminə xanım Məmmədzadə Prezidentin “Zəngilan azad olunub!” xəbərini sevinc gözyaşları ilə qarşılayıb.

Bizim.Media-ya hislərini bölüşən Əminə xanım dedi ki, bu gün səhərdən küləyin belə əsməsindən narahat idim. Bilirdim ki, bu külək nəsə xəbər gətirəcək. Çox sevindim. Cəbrayıl keçdi ürəyimdən. Bir tərəfdən kədərim var, o biri tərəfdən də Cəbrayıl kimi oğullar şəhid olmasaydı, o torpaqlar alınmazdı. Onların rəşadətidir. Bir arzum var, Zəngilanda yalın başında kəndimiz Vələki görsənir, istərdim ki, orada onun xatirəsini əbədiləşdirsinlər. Çünki o kəndi elə bilirəm ki, Cəbrayıl qaytarıb.

Balam deyirdi ki, nənə, əsgər gedib Zəngilanı alacam, sən də mənə  elə öz kəndimizdən bir Zəngilanlı qızı alarsan. Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə isə dedi ki, mən hələ sevinə bilmirəm. Kəlbəcər alınanda sevinəcəm. Çünki oğlum Kəlbəcərdə şəhid olub”.

Aida Eyvazlı GÖYTÜRK, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin