Konstitusiya Məhkəməsində Baş Prokurorluğun sorğusuna BAXILDI

Hazırda oxunan: Konstitusiya Məhkəməsində Baş Prokurorluğun sorğusuna BAXILDI

94875

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prokurorluğu Konstitusiya Məhkəməsindən Əmək Məcəlləsinin 179-cu maddəsinin bəzi müddəalarının şərh edilməsini istəyib.

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən Əmək Məcəlləsində və prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini müəyyən edən qanunvericilikdə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin mütənasib və ağlabatan tarazlığı əsasında nizamlanmasının zəruriliyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prokurorluğuna ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin icbari təlimə cəlb edildiyi müddət ərzində iş yeri və orta əməkhaqqının saxlanılması məsələsinin tənzimlənməsi Milli Məclisə tövsiyə olunsun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin