Üz verəndə astar istəyən BÜRCLƏR – Bu insanlara barmağınız versəniz, qolunuz gedəcək

Hazırda oxunan: Üz verəndə astar istəyən BÜRCLƏR – Bu insanlara barmağınız versəniz, qolunuz gedəcək

94851

Hər insanla münasibətləri istənilən məsafədə saxlamaq mümkün olmur. Bəzi insanlar var ki, yeni tanış olduqları şəxslərlə belə dialoq zamanı lazımi etik qaydalara əməl etmirlər. Onlar qarşısındakı insanı danışmağa qoymur, əl-qol zarafatlarında çəkinmir, nələrisə tələb etmək dərəcəsində istəməkdən imtina etmirlər.

Bu cür şəxslərə el arasında “üz verəndə, astar istəyən”lər də deyirlər.

Bizim.Media çoxlarımızı təngə gətirən belə insanların hansı bürcün nümayəndələri olduğunu təqdim edir:

1. Tərəzi

İlk tanışılığınız zamanı tərəzilər öz nəzakətləri ilə sizi yaxşı mənada təəccübləndirə bilirlər. Lakin bu, yalnız ilk görüş üçün xaraterikdir. Sonradan həmin formada davranışdan əsər-əlamət belə qalmır. Onlar “flört”ə meyilli olurlar və ilk tanışıqlıqda bunu açıq formada nümayiş etdirirlər. Lakin qarşısındakı insanı yaxından tanıdıqca onların nəzakəti arxa plana keçir və həddən artıq səmimi olmağı daha uyğun hesab etməyə başlayırlar. Bu mərhələdə tərəzilər öz istədiklərini alana qədər istəklərindən imtina etmir, qarşısındakı insanı son həddə qədər təngə gətirirlər.

2. Əkizlər    

İkili münasibətlərdə olduqca qərarsız olan əkizlər ən çox danışdıqları zaman bütün pərdələri aradan qaldırırlar. Onlar saatlarla dayanmadan danışır, hətta qarşısındak şəxsin reaksiylarına, narahatlığına belə məhəl qoymurlar. Tərəzilər kimi əkizlər də münasibətlər irəlilədikcə isə onlar artıq qarşısındakı insanı tamamilə özlərindən soyudurlar. Çünki əkizlər yalnız tələb edir, daha çoxunu istəyir, əvəzində isə öz qərarsızlıqlarından bir addım belə geri dayanmırlar. 

3. Oxatan

Söhbət səmimiyyətdən gedirsə, oxatanları bu siyahıdan kənarda qoya bilməzdik. Onlar yeni tanış olduqları insanlarla olduqca tez qaynayıb-qarışır hər mövzuda danışmağa başlayırlar. Münasibət irəlilədikdən sonra isə oxatanlar həmin insanla daim bir yerdə olmaq istəyirlər. Oxatanlar yaxın olmadığı dostları ilə əl-qol zarafatları edə bilirlər. Romantik münasibətlərdə də oxatanlar qarşı tərəfdən daim, dayanmadan yeni nəsə istəmək vərdişindən imtina etmirlər.

4. Balıq

Bu bürcün nümayəndələrinin həssas, duyğuları ilə hərəkət edən insanlar olduğu bəllidir. Balıqlar qarşılarındakı insana da həddən artıq güvənir, hər kəsin onlar kimi düşündüyünü zənn edirlər. Buna görə də balıqların bir insandan xoşu gəlib, onu özlərinə yaxın hiss edəndə münasibət pərdələrini tamamilə aradan qaldırılar. Bütün istədiklərini qarşısındakı şəxsə deyir, səmimi zarafatlar edirlər. Lakin balıqların intuisiyası güclü olduğu üçün qarşısındakı insanı bezdirdiyini başa düşəndə münasibəti lazımi normal çərçivəsinə qaytara bilirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin