Paytaxtda qətl törədən şəxs məcburi psixiatriya xəstəxanasına yerləşdiriləcək - QƏRAR 

Hazırda oxunan: Paytaxtda qətl törədən şəxs məcburi psixiatriya xəstəxanasına yerləşdiriləcək - QƏRAR 

94794

Bakının Binəqədi rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Ramil Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan olunub. 

Hökmə əsasən, Ramil Rəhmanovun cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edilib. Onun barəsində Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə göndərilməsi barədə qərar verilib.  

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.  

Belə ki, R.Rəhmanov 1994-cü il təvəllüdlü Cavad Allahverdiyevin ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. İstintaq orqanı tərəfindən R.Rəhmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin