“ABŞ-ın vasitəçiliyilə keçirilən görüş dekorativ xarakter daşıyır” – Vüqar İskəndərov 

Hazırda oxunan: “ABŞ-ın vasitəçiliyilə keçirilən görüş dekorativ xarakter daşıyır” – Vüqar İskəndərov 

94791

“Azərbaycanın Vətən müharibəsindəki qələbəsi regionda yeni siyasi arxitektura formalaşdırıb. Artıq Azərbaycan bölgədə həm lider ölkə, həm də prosesləri diqtə edən tərəf statusu qazanıb. Bu Cənab Prezidentin rəhbərliyi altında ölkəmizin daxili və xarici siyasətinin təzahürüdür”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov səsləndirib.

Deputat qeyd edib ki, Azərbaycanın artan gücü dost ölkələrin dəstəyinin gücləndərsə də, bundan narahat olan qüvvələr də var: 

“Ermənistan da bu proseslərdə “maşa” rolunda həmin qüvvələrin əlinə oynamağa çalışır. Ermənistanın sərhəddə törətdiyi son təxribatların səbəblərindən biri də Brüssel, Moskva və Soçi danışıqlarında Azərbaycanın İrəvana dalana dirəməsindən qaynaqlanır. Lakin istənilən halda, Paşinyan öz üzərində düşən öhdəlikləri yerinə yetirməlidir. O, bunu etdikdə isə müxalif qüvvələr, keçmiş hərbi cinayətkarlar siyasi dona bürünərək, Paşinyana qarşı çıxır. Təbii ki, Paşinyan da erməni xislətinə uyğun olaraq Rusiya, Qərb və ABŞ arasında var-gəl etməyə çalışır. Lakin onun bu cəhdləri heç bir ölkə tərəfindən dəstəklənmir. Xüsusən də, son təxribatlar Ermənistanı tamamilə çıxılmaz vəziyyətə salıb”.

Millət vəkilinin sözlərinə görə, baş verənlər fonunda Nyu-Yorkda Blinkenin vasitəçiliyi ilə keçirilən Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü də böyük nəticələrə yol açmır: 

“Görüşdə əsas müzakirə olunan məsələlər Ermənistanın təxribatları nəticəsində baş verən sərhəd toqquşmaları və onun doğurduğu nəticələr, Azərbaycanın uğurları, eyni zamanda Ermənistanın hərbi obyektlərinin dağıdılması, məğlub ordusunun rəzil duruma salınması olub.

Eyni zamanda Brüssel danışıqlarında razılaşdırılmış məsələlər Blinkenin səlahiyyətində deyil. Çünki indiyədək tərəflər arasında ABŞ-ın vasitəçiliyi ilə bu tip görüşlər təşkil olunmayıb. Bunlar yalnız dekorativ xarakter daşıyır”.

Vüqar İskəndərov əlavə edib ki, Ermənistanın məqsədi prosesləri müəyyən müddətə uzatmaqdır: 
 

“Həmin müddəti İrəvanın özü də bilmir, sadəcə olaraq zamanın axarına buraxmağa çalışır. Paşinyan daxili auditoriyanı sakitləşdirmək üçün “sülhə getmirəm” bəyanatlarını verir. Təbii ki, meydandan hakimiyyətə gəlmiş Paşinyan öz gerçək, siyasəti bilməyən şəxs obrazını hər dəfə bütün dünyaya nümayiş etdirir. 


Düşünürəm ki, Ermənistanın təxribatları sülhə gedən yolda əngəldir və prosesin ləngidilməsinə yönəlib. Lakin nəticədə, uduzan yenə də Ermənistan olacaq. Çünki Zəngəzur dəhlizinin fəaliyyətə başlaması həm zamanın tələbi, həm də reallıqdır. Bütün bölgə ölkələri də dəhlizin açılmasında maraqlıdır. Maraqlı olmayan tərəflər də Azərbaycanın tələbləri ilə razılaşmağa məcburdurlar. Ermənistanın da geriyə yolu yoxdur. Onlar bu şərtlərə vaxtında əməl edib, müvafiq addımları atmalıdır”.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin