Gürcüstanda silahlı şəxsin banka hücumundan YENİ GÖRÜNTÜLƏR 

Hazırda oxunan: Gürcüstanda silahlı şəxsin banka hücumundan YENİ GÖRÜNTÜLƏR 

94769

Xəbər verdiyimiz kimi, Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs "Bank of Georgia"da  12 nəfəri girov götürüb. 

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı yeni görüntülər yayılıb. 

Görüntülərdə sözügedən şəxsin girovlardan biri vasitəsilə binanı əhatəyə alan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təmasda olduğu müşahidə olunur.  

Qeyd edək ki, silahlı şəxs 2 milyon dollar tələb edir.

13.54

“Gürcüstan Bankı”nın Kutaisi filialında 12 nəfər girov götürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz azad olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.

13.14

Gürcüstanın qərbindəki Kutaisi şəhərində silahlı şəxs "Bank of Georgia"ya daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gürcüstanın Telegram kanalları yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs bankda olan insanları girov götürüb. O, 2 milyon dollar tələb edir.

Polis hadisə yerinə cəlb edilib. Gürcüstan sosial şəbəkələrində silahlı şəxsin bankın qapılarını minaladığını əks etdirən video yayılıb.

Tələb isə eyni qalıb:

“Üç saat ərzində 2 milyon dollar verilməlidir”.

Bizim.Media
 

 


 


 


 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin