“Ermənistan sülh müqaviləsi imzalasa, Avropaya inteqrasiya yolları açılacaq” - Litva Ali Şurasının SABİQ SƏDRİ

Hazırda oxunan: “Ermənistan sülh müqaviləsi imzalasa, Avropaya inteqrasiya yolları açılacaq” - Litva Ali Şurasının SABİQ SƏDRİ

94760

Litva Ali Şurasının sabiq sədri, Avropa Parlamentinin keçmiş üzvü Vitautas Lanqsbergisin Cənubi Qafqazda baş verən son proseslərlə bağlı “LRT.lt” nəşrində məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, “Erməni səhvi” adlı məqalədə Lanqsbergis Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsi və buna mane olan faktorlarla bağlı fikirlərini bölüşüb.

Məqaləni təqdim edirik: 

Litva atalar sözündə deyilir: “Şeytanla alma yemə”

Məhz bu səhvi SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda qonşularına qarşı ərazi iddiaları ilə şirniklənmiş, köhnə bədxah ideyalara qapılan və ona arxalanan Ermənistan etdi. Onlar istədikləri torpaqları aldılar, lakin bu müvəqqəti zəfər idi. Çünki onlar həmin əraziləri ələ keçirmək üçün yalançı dostlarının (Rusiya) boyunduruğu altına düşdülər. Nəticədə, Ermənistan istədiyini alsa da bölgədə Azərbaycan və Gürcüstanla dinc, birgə yaşayış və demokratik inkişaf perspektivini məhv etdi.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan və Ermənistan diplomatları danışıqlar masasına qayıtmalıdır" - Blinken


Bəs, bu kimin maraqlarına uyğun idi? 

Təbii ki, hal-hazırda müflis duruma düşən yalancı qoruyucunun. Lakin sonradan ermənilər özlərinin “uzaqgörən” keçmiş rəhbərlərinin səhvlərinin bədəlini ağır ödədilər. Buna baxmayaraq Azərbaycanla Ermənistan arasında görülməli olan işlər hələ yekunlaşmayıb. Çünki illər boyu verilən itkilər normal, dinc, demokratik inkişaf, eləcə də Avropaya inteqrasiya yolunda itirilmiş onilliklər deməkdir. 

Bundan sonra nə baş verəcək?

İndi sanki tarixi dönüş baş verə bilər. Azərbaycanla sülh müqaviləsi imzalanarsa, illər boyu vurulan yaraların sağalması, xarabalığa çevrilmiş ərazilərin minalardan təmizlənməsi, Avropaya inteqrasiya yolları açıqlacaq. Brüsseldə sülh müqaviləsinin imzalanması üçün hazır situasiya mövcuddur. Lakin “Şeytan” yenidən proseslərə müdaxilə edir, yenidən insanlar həyatlarından olur. Buna yalnız ermənilərin müdrik qərar verməsi son qoyacaq. Doğrudur, hazırki vəziyyətdə Kreml sülhü o qədər istəməsə də bütün tərəflər üçün sülhə nail olmaq böyük uğur olacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin