“Qarabağın tarixi irsinin bərpası ilə bağlı fəal iş aparılır” – NAZİR  

Hazırda oxunan: “Qarabağın tarixi irsinin bərpası ilə bağlı fəal iş aparılır” – NAZİR  

94735

“Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin və mədəni irsin bərpasıdır. Bu gün biz işğaldan azad edilmiş ərazilərin fiziki bərpası ilə yanaşı, Qarabağın tarixi irsinin, mədəniyyətinin, dəyərlərinin və adət-ənənələrinin bərpası istiqamətində də fəal işləyirik". 

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Azərbaycanda mədəni iqtisadiyyat: Şuşa - inkişaf impulsları" mövzusunda keçirilən tədbirdə deyib. 

Nazir vurğulayıb ki, Azərbaycanın bu təşəbbüsü həyata keçirmək üçün hər cür imkanları var. A.Kərimov bildirib ki, mədəniyyət iqtisadiyyatının inkişafında yaradıcılıq sənayesi getdikcə daha çox əhəmiyyət kəsb edir. 

O qeyd edib ki, nazirlik yaradıcı sənayenin inkişafı strategiyasını hazırlayıb: 

"Bu strategiya bütün zəruri sahələri, o cümlədən ixrac potensialını, dövlət dəstəyini, təşviqi, eləcə də ÜDM-in ümumi payında bu sektorun artırılmasını əhatə edir. Əminik ki, bizim yaratdığımız şərait özəl sektorun bu sahəyə cəlbinə kömək edəcək". 
A.Kərimov əlavə edib ki, yaradıcı sənayedə fəaliyyət göstərən özəl sahibkarlar artıq layihələr həyata keçirməyə başlayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin