2 min 355 nəfər tələbə adından niyə imtina edib? – Səbəblər AÇIQLANDI

Hazırda oxunan: 2 min 355 nəfər tələbə adından niyə imtina edib? – Səbəblər AÇIQLANDI

94707

Bu il universitetlərə qəbul olunan 2 355 nəfər son anda tələbə adından imtina edib. Bununla da qəbul imtahanlarında iştirak edib müsabiqə şərtlərini ödəyən həmin şəxslərin yerləri boş qalacaq. Bildirilir ki, imtina edənlər əsasən ixtisas sayı çox, keçid balı az olan birinci ixtisas qrupu üzrədir. 

Mütəxəssislərin fikrincə, hər il təxminən 2000-dən çox abituriyent 2-ci tura daxil olduqdan sonra imtina edir. Buna səbəb isə əsasən təhsil haqqının yüksək olması ilə bağlıdır. Təhsil eksperti

Elçin Əfəndi Bizim.Media-ya sözügedən faktı təsdiq edərək digər səbəbləri də açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil krediti alan tələbələrin SAYI AÇIQLANDI 


“Həmin tələbələrin bir neçəsi xarici ölkələrdən xüsusilə Türkiyədən qəbul alan tələbələridir. Müəyyən bir qismi isə təhsil haqqını ödəyə bilməyən tələbələrdir. Onlar ilk turdan müvafiq olaraq keçdikləri zaman təhsil haqqını nəzərə almırlar. Digər səbəb isə yaşayış yeri ilə bağlıdır. Məsələn, hansısa tələbə Bakıda yaşadığı halda Gəncəyə, Naxçıvana və digər bölgələrdə yerlən ali təhsil müəssisələrinə qəbul alır. Və yaxud da əksinə bölgələrdə yaşayan tələbələr Bakıya üz tuta bilmədikləri üçün universitetdən imtina edirlər”.

Ekspertin sözlərinə görə, regionlarda yetəri qədər ali təhsil müəssisələrinin olmaması və paytaxtdakı tələbə yataqxanasının az olması da sözügedən problemə səbəb olur:
 

“Təəssüflər olsun ki, Azərbaycan universitetlərinin yataqxanalara sahib olmaması və olanlarda isə yer sayının məhdud olması nəticə etibarən tələbələrin rahat təhsil almasına mane olur. Əlbəttə bu kimi problemlərin qarşısını almaq üçün universitetlərin infrastrukturu inkişaf etdirilməlidir.


Bunun paralelində illik təhsil haqlarını da diqqətə almalıyıq. Azərbaycanda hər il şahid olduğumuz bir məqam da var ki, dərslər başlayan ərəfələrdə bəzi işbazlar həm evlərin, həm də kirayələrin qiymətində artım edirlər. Tələbə Təhsil Kredit Fondu da ilk semestrdən tələbələrə kredit verilməsi proseduruna dəyişiliklər etməlidir. Əksər tələbə ilkin ödənişi edə bilmək gücündə olmadığı üçün kreditin ilkin aylarda verilməsi daha məqsədəuyğun hesab olunar”, - deyə E.Əfəndi bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin