Son günlər radikal erməni qüvvələri Azərbaycanın xarici ölkələrdəki səfirliklərini hədəfə alıblar.
Bizim.Media xəbər verir ki, ermənilər Azərbaycanın diplomatik korpuslarına asanlıqla hücumlar edirlər.
Bəs xaricdə Azərbaycan səfirliklərinə qarşı asanlıqla hücumların təşkil olunduğu vaxtda Bakıdakı diplomatik korpuslar necə qorunur?
"Xəzər Xəbər"in əməkdaşları Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Fransanın ölkəmizdəki səfirliklərinin mühafizəsi ilə maraqlanıb.
Məlum olub ki, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təhlükəsizliyi ciddi və yüksək səviyyədə qorunur.
Azərbaycan dövləti ölkədəki 65 səfirlik, 4 baş konsulluq və 11 fəxri konsulluğu ən yüksək səviyyədə qoruyur. Onlar özlərinə qarşı hər hansı bir təhdid-təzyiq hiss etmirlər.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
Bizim.Media