Bir gözü ağlayan, bir gözü gülən ANA!

Hazırda oxunan: Bir gözü ağlayan, bir gözü gülən ANA!

946

Bilmirəm bu hadisə hansı şəhərimizdə və yaxud kəndimizdə baş verib. Məhşur hadisədi. 
Bir hökmlü və ağır təbiətli anaya oğlunun toyunda xəbər verirlər ki, o biri oğlu avtoqəzada həlak olub. Ana tapşırır ki, heç kəsə xəbər etməsinlər. Özü isə heç bu hadisə olmamış kimi, toyda sözün əsl mənasında axıra kimi iştirak edir. Toy bitəndən sonra isə qohumları başına yığıb digər oğluna ağlamağa başlayır. 
Şəhid qardaşlarımızın fotolarına rast gəldikcə bu hadisə yadıma düşür. 
Bəli, bizdən yaxşı oğlanlar Vətən uğrunda şəhid olurlar. Bu, psixoloji məsələdir əlbəttə, demirəm ki, biz toydayıq, amma bir dövlət, millət olaraq taleyemizin və həyatımızın ən vacib nöqtəsindəyik. Bu nöqtədə isə psixoloji sarsıntılara yer vermək olmaz. Əslində elə düşmən də bizdən onu gözləyir. Məqsədimizə çatandan sonra bizim ağlamağa kifayət qədər vaxtımız olacaq. 
Şəhidlər ölməz, Vətən bölünməz! 
Var ol, Azərbaycan əsgəri!

 Emin Əfəndi, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin