“Rusiyada daxili səfərbərlik aparılır. Məqsəd Ukraynaya qarşı müharibədə işğalçı qüvvələrin bölmələrini artırmaqdır”.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam yekununda yer alıb.
Mənbə yazır ki, Rusiya Ukraynaya müharibəyə göndərmək üçün insan resursları çatışmazlığı ilə üzləşib. Buna görə də işğalçılar bölmələri doldurmaq üçün hiylələrə əl atırlar:
“Rusiya Federasiyasının Kursk və Nijni Novqorod vilayətlərində, xüsusən “Atomoxrana” təşkilatının əməkdaşlarını guya mühüm obyektlərin mühafizəsində çalışmaq üçün bir həftəlik atıcılıq kursuna gətirirlər və dərhal da döyüş bölgəsinə göndərirlər”.
Ruslar işğal etdikləri ərazilərdə, xüəsasən Luqansk vilayətində “könüllülər” axtarışına çıxıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:52 / 18.09.2022
Rusiyanın müharibəyə göndərmək üçün insan resursu yoxdur
Hazırda oxunan: Rusiyanın müharibəyə göndərmək üçün insan resursu yoxdur
Hazırda oxunan: Rusiyanın müharibəyə göndərmək üçün insan resursu yoxdur
94465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.