Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Şuşaya səfər edib.
Bizim.Media xəbər verir ki, səfir bu barədə "Facebook" hesabında paylaşım edib.
"Lap tezliklə yeni xidmət yerinə yola düşürəm. Dedim dünyanın işini bilmək olmaz, gedim Şuşa ilə vidalaşım.
Dünyanın işlərindən xəbərsizlik deyəndə özümü nəzərdə tuturam. Şuşanın sonsuza qədər Azərbaycanın ayrılmaz parçası olacağına, hələlik müvəqqəti əlimiz çatmayan digər kənd və şəhərlərimizdə də bayrağımızın mütləq dalğalanacağına bütün varlığımla inanıram!
Bu arada, Ordumuzla qürur duyuram! Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralıların qısa zamanda sağalıb işlərinin başına dönmələrini arzulayıram. Qalib ölkənin vətəndaşı olmaq böyük səadətdir!", - deyə səfir yazıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:28 / 16.09.2022
Vilayət Quliyev Şuşadan Paylaşım etdi: "Qalib ölkənin vətəndaşı olmaq böyük səadətdir!"
Hazırda oxunan: Vilayət Quliyev Şuşadan Paylaşım etdi: "Qalib ölkənin vətəndaşı olmaq böyük səadətdir!"
Hazırda oxunan: Vilayət Quliyev Şuşadan Paylaşım etdi: "Qalib ölkənin vətəndaşı olmaq böyük səadətdir!"
94245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.