“İnanılmaz dövrdə yaşayırıq. Ermənistanda heç kəsin heç kim və heç nə vecinə deyil”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın eks prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Facebook səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyan İrəvanda qanlı qarşıdurma hazırlayır” - Müxalifət liderindən AÇIQLAMA
O, bildirib ki, cəmiyyət ölkədə olan vəziyyətə laqeyd yanaşır. Çünki bəziləri ölkəni tərk etmək istəyir, bəziləri isə çəkdikləri əziyyətlərdən başlarını itiriblər.
Minasyan bu vəziyyətin ölkəni parçaladığını bildirib.
“Xalq ölkəni, hakimiyyət xalqı, Ermənistan isə dünyanı maraqlandırmır. Nikolçular evsiz qaçqınlara, itkin düşən vətəndaşlara və əsirlərə qarşı tam laqeyddirlər. Ölənlərin sayı həyasızlıqla gizlədilir, əsirlərin sayı barədə məlumat verilmir. İnsanların hər gün daha da pis vəziyyətə düşmələri onların vecinə deyil, çünki onlar özləri bunun hesabına daha yaxşı yaşayırlar”,- deyə o qeyd edib.
Vatikandakı keçmiş səfir postunda həmçinin Ermənistanın xarici borcunun "sürətli böyüməsini" və ölkənin anti-Rusiya tramplininə çevrildiyini də yazıb.
Sarkisyanının kürəkəni bu vəziyyətin Ermənistanı uçuruma apardığını da yazıb.
“Bu qarmaqarışıq vəziyyət Ermənistanı uçuruma aparır. Bunu dayandırmaq üçün birinin bir an əvvəl bütün bunları görməyi lazımdır.
Dünya bunu etməyəcək, çünki onların öz planları var. Müxalifət və xalq qalır. Müxalifət buna cəhd göstərdi, amma uğursuz oldu. İnsanlar isə müxtəlifdir.
Onların nə vaxt hərəkətə keçəcəklərini söyləmək çətindir. Bəlkə sabah, bəlkə bir aya. Ancaq zaman gedir. Hər şeyi vaxtında etmək lazımdır”,- deyə o fikrini tamamlayıb.
Vüsalə Balayeva, Bizim.Media