Azərbaycana daxil olan humanitar yüklərin QƏBUL QAYDASI

Hazırda oxunan: Azərbaycana daxil olan humanitar yüklərin QƏBUL QAYDASI

94228

Azərbaycan ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sözügedən Qaydalar Azərbaycan ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü məsələlərini tənzimləyir.

Qaydaların məqsədləri üçün humanitar yük dedikdə təmənnasız yardım və xeyriyyə məqsədilə xarici dövlətlər və hökumətlər, xarici dövlət orqanları (qurumları), beynəlxalq və humanitar təşkilatlar, fiziki və hüquqi şəxslər (donorlar) tərəfindən humanitar yardım kimi gətirilən mallar başa düşülür.

Humanitar yardım bu sahədə Azərbaycanın  tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyinə uyğun olaraq, milli maraqlar nəzərə alınmaqla, dövlətin razılığı ilə həyata keçirilir.
Silah və hərbi texnika humanitar yardım hesab edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin