Ən çox fitnə-fəsad törədən BÜRCLƏR – Bədxah DÖRDLÜK

Hazırda oxunan: Ən çox fitnə-fəsad törədən BÜRCLƏR – Bədxah DÖRDLÜK

94217

Bir insanı tamamilə yaxşı və ya pis kimi təqdim etmək doğru deyil. Çünki bunlar tamamilə nisbi anlayışlardır.

Lakin bəzi bürclər var ki, onlar daim fitnə-fəsad yaradmağa, digərlərinə pislik etməyə çalışırlar. Onlar daim sizə pis xəbər verməyə tələsir və sizi narahat edəcək işlər görürlər.

Bizim.Media ən çox fitnə-fəsad törətməyə meylli bürclərin siyahını təqdim edir:

4. Qoç

Əgər onlar sizə yaxşılıq edərlərsə, bəxtiyarsınız. Ancaq onların pis tərəfinə düşsəniz, bu, əbədi olaraq davam edəcək. Qoç olduqca ağıllıdır və onlar fitnə törətmək qərarına gəliblərsə, qarşılarında olan hər kəsi məhv edənədək oyunlarını davam etdirəcəklər. Qoçların alovlu təbiəti onları hər şeyə qarşı müdafiə edir. Bu bürc üçün müdafiəçi olmaq və hücum etmək arasında yalnız incə bir xətt var.

3. Şir

Şirlərin zəhərli xüsusiyyətləri var və bu, təəccüblü deyil. Onlar diqqət mərkəzində olmağı sevirlər və diqqəti cəlb etmək üçün hər şeyi edəcəklər. Bu, arxadan bıçaqlamaq, manipulyasiya etmək və ya insanları yoldan çıxarmaq üçün fitnə dolu planlar icra etmək formasına özünü göstərə bilər. Şirlərin süzgəcləri yoxdur və pislik etmək istəyirlərsə empatiya duyğusu onlarda tamamilə yoxa çıxır.

2. Qız

Bütün bürclər arasında mükəməlliyətçi qızlar ən pislərdən biridir. Onlar ətrafdakıların hamısının axmaq olduğuna inanırlar və ən yaxşısını yalnız onlar bilirlər. Çox vaxt onlar düşündüklərini birbaşa deyirlər, bu da kobud görünür. Onlar heç vaxt arxadan vurmaq və ya qisas almağı ilk mərhələdə düşünmürlər. Lakin kin bəsləməyə başladıqda, onların fitnələri məzara qədər gedir.

1. Əqrəb

Əqrəb başqasının dərdindən həzz alır. Qəzəblənəndə geriyə dönüş yoxdur. Əqrəblər hədsiz dərəcədə hiyləgərdirlər və kimisə məhv etmək qərarına gəldikdə, qisas almaq üçün hər cür yola baş vurmaqdan çəkinməzlər. Onlar qəzəbli əhval-ruhiyyələri yalnız başqalarının emosional və ya fiziki ağrılarından həzz alaraq qaydasına salırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin