“Kreml Ermənistan-Azərbaycan münaqişəsinin beynəlmiləlləşdirilməsi ilə bağlı İrəvanın xarici siyasətindən kəskin narazıdır. Bir neçə ay əvvəl S.Lavrov erməni həmkarı A.Mirzoyana açıq şəkildə bildirdi ki, köhnə formatda ATƏT-in Minsk Qrupu yoxdur, yəni Rusiya münaqişəni şişirtmək cəhdlərinin əleyhinədir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında jurnalist, politoloq Anar Həsənov bildirib.
Belə ki, Rusiyanın strateji müttəfiqi olan Ermənistanın hərbi yardım xahişlərinə məhəl qoymamasının səbəblərindən danışan politoloq qeyd edib ki, Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibi, Amerika Universitetinin məzunu Armen Qriqoryanın sülh müqaviləsinin imzalanmasını ləngitmək üçün Amerika administrasiyası ilə gizli danışıqlar aparmasından xəbərdardır:
“Moskva onu da bilir ki, ABŞ Ermənistanın siyasi elitasına Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın mümkün uğursuzluğuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaqda hansı manevrləri etməyi tapşırır.
Bundan sonra amerikalılar Qarabağ ermənilərinə subyektivlik verəcəklərini vəd etdilər.
Beləliklə, biz müxtəlif sivilizasiyaların və mədəniyyətlərin deyil, əks siyasi sistemlərin toqquşmasının şahidi oluruq. Qərbin nəzərində Ermənistan “demokratik alyansın”, Azərbaycan isə Rusiyanın başçılıq etdiyi düşmən “avtoritar beynəlmiləl”in bir hissəsidir.
Deməli, bəzi təbliğatçıların düşündüyü kimi Azərbaycanın ərazi bütövlüyünə əsas təhlükə Rusiya deyil. Eyni zamanda ABŞ və onun Avropadakı tərəfdaşları qan tökülməsinin qarşısını almağa mane olurlar”.
Anar Həsənov əlavə edib ki,Ukrayna mediasının birdən-birə anti-Azərbaycan mövqeyi tutmasının səbəbi də məhz buradan qaynaqlanır.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:30 / 16.09.2022
Cənubi Qafqazda münaqişənin başa çatmasına indi kimlər mane olur? – Anar Həsənovun ŞƏRHİ
Hazırda oxunan: Cənubi Qafqazda münaqişənin başa çatmasına indi kimlər mane olur? – Anar Həsənovun ŞƏRHİ
Hazırda oxunan: Cənubi Qafqazda münaqişənin başa çatmasına indi kimlər mane olur? – Anar Həsənovun ŞƏRHİ
94213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.