“Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov

Hazırda oxunan: “Səfərbərlik elan olunsaydı, mən də döyüşmək istərdim” – Faiq Sücəddinov

94203

“Mən müharibə zamanı 17 musiqi bəstələmişəm. Hərbi mövzu bizim musiqimizdə həmişə olub. İlk öncə deyərdim ki, Allah bütün şəhidlərimizə rəhmət etsin. İki gün öncə mən həyat yoldaşımla birlikdə şəhidlərlə bağlı xəbərləri oxuduqca göz yaşlarına hakim ola bilmədik”.

Bu sözləri Bizim.Media-ya verdiyi özəl açıqlamada Xalq Artsisti, tanınmış bəstəkar Faiq Sücəddinov səsləndirib.

Radio və televiziyalarda vətənpərvərliklə bağlı səslənən musiqilərdən danışan bəstəkar söyləyib ki, hazırkı musiqilər ifa, bəstə və proffissionallıq baxımından bir-birindən xeyli fərqlənir:

“Bu gün bütün radiolar vətənpərvərliklə bağlı musiqilər səsləndirir. Məncə vətənə aid yazılan bütün mahnılar, bütün şeirlər, bütün əsərlər gözəldir. Mən bir bəstəkar kimi bəstənin sözlərinə də fikir verirəm. Söz və musiqi vəhdəti mahnını daha yaddaqalan edir. Amma indiki mahnıların çoxunda isə həvaskar meyillər hiss olunur.

Fikrimcə, bunu qəbahət hesab etmək olmaz, çünki hər kəs öz biliyini, savadını və hisslərini yaratmağa çalışır. Vətənpərvərliklə yazılan mahnıların əsas özəlliyi isə odur ki sən bu mahnıya biliyin, savadın və dünya görüşünlə yanaşı, ürəyini də qoymalısan.
Mənim Cabir Novruzun sözlərinə bəstələdiyim “Vətəndən pay olmayır” mahnısı uzun illər keçməsinə baxmayaraq, hələ də öz aktuallığını, ruhunu itirmir. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında bu mahnı səsləndiyi zaman cənab prezidentimiz İlham Əliyev kövrəldi. Çünki, sözlər musiqi və ifa çox təsirli idi. Həmçinin vətənimi tanıyıb sevərək bu əsəri yaratmışam. Sırf mövzu olsun deyə yox”.

Son yazılan vətənpərvərlik mahnıları ilə bağlı isə bəstəkar öz fikirlərini bu cür ifadə edib:

“İkinci Qarabağ müharibəsindən sonra yazdığım “Zəfər” simfonik poemam qələbəmiz haqqında yazılan ən böyük əsərdir.1990-cı ildə AzTV-də bədii şuranın üzvü, həmçinin Estrada Simfonik Orkestrının bədii rəhbəri idim. Hələ o ağır  zamanlarda da, xalqımızda vətənpərvərlik hisslərinin güclənməsi üçün mövzu ilə bağlı bizə təqdim olunan bütün mahnıları qəbul edirdik.

Hesab edirəm ki, müharibə zamanı hər kəs bacardığı qədər öz vətəninə kömək etməyə çalışır. İndi proffissional və ya qeyri-proffissional olmasından aslı olmayaraq musiqi ilə bağlılığı olan bütün şəxslər öz ürəyindən gələnləri yazaraq bir növ hisslərini canlandırmağa çalışırlar.
Xudayarın o həzin səsi hələ də, qulaqlarımdadır. Sanki Xudayar oxuyan zaman bütün xalq oxuyur. Müharibə hamının ağrısıdır. Əgər bütün yaş kateqoriyası üzrə səfərbərlik elan olunsaydı, mən də könüllü kimi öz vətənim üçün döyüşmək istərdim.

Biz bu gün hansısa bir bölgü aparmadan, kim olmağımızdan asılı olmayaraq bir yumruq kimi birləşməyi bacarmalıyıq. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin