Subay şəxs övladlığa uşaq götürə bilərmi?

Hazırda oxunan: Subay şəxs övladlığa uşaq götürə bilərmi?

94202

Hazırda övladlığa uşaq götürmək istəyən soydaşlarımız kifayət qədərdir. Onların arasında ailə sahibi olmayanlar da var. Yəni bəzi qadınlar və yaxud kişilər nigaha girmədən övlad sahibi olmaq istəyirlər. Onların arasında bioloji cəhətdən övlad sahibi ola bilməyənlər də az deyil. 

Bəs, evli olmayan şəxslər övladlığa uşaq götürə bilərlərmi?

Bəri başdan deyək ki, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində qərar uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra verilir.

Yəni surruqat ana və yaxud hamilə qadın övladı dünyaya gətirmədən onu övladlığa verə bilməz. Amma istənilən subay şəxs övladlığa uşaq götürə bilər.
Övladlığa götürən şəxs nikahda deyilsə, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Qeyd edək ki, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin