Yardımlının Arvana kəndində yayılan biabırçı olay ictimaiyyətə birmənalı qarşılanmayıb. İddialara görə Arvana kənd məktəbinin direktoru Kamran İsayev baldızı ilə zorla kəbin kəsdirib.
Bu azmış kimi qadının kəlağayısı ilə onu boğaraq özünə zorla arvad etmək istəyib. Buna etiraz edən baldızı Yardımlıdan Bakıya qaçaraq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşib. Qadının iddiasına görə atası da bu izdivacda iştirak edib.
İyrənc olayla bağlı Arvana kənd məktəbinin direktoru Kamran İsayev Bizim.Media-ya danışıb.
O, başına gələnlərin şantaj və böhtan xarakteri daşıdığını dilə gətirib:
“Məni şərləyiblər. Belə şey ola bilər? Ağsaqqal və ziyalı adamam. Uzun müddətdir təhsildə çalışıram və məktəb direktoruyam. Kimlərinsə diktəsi ilə öyrədilib və mənə böhtan atılıb. Barəmdə şantaj yayanları məhkəməyə vermişəm.
MÖVZU İLƏ BAĞLI:
Yardımlıda ŞOK olay: 2 arvadlı direktor baldızı ilə zorla kəbin KƏSDİRDİ
Əslində bu olayın səbəbkarı baldızımdır və mənə böhtan atan da odur. O, həyat yoldaşından ayrılmışdı və Bakıya çıxıb gəlmək istəyirdi. Məqsədi yüngün həyat tərzi keçirmək idi. Mən də bir ağsaqqal kimi onu danlayıb, profilaktik söhbət aparmışam. O da kimlərinsə əli ilə üstümə belə bir şər yaxıb”.
Direktor hazırda evli olduğunu və həyat yoldaşından ayrılmadığını qeyd edib. O, barəsində böhtan yayanları məhkəməyə verdiyini və aidiyyəti qurumların da bu məsələ ilə məşğul olduğunu vurğulayıb.
Qeyd edək ki, məsələni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ictimailəşdirib. Direktor Kamran İsayevin baldızı zorla kəsdirilən kəbindən qaçaraq Mehriban Zeynalovanın yanına sığınıb.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən sözügedən qadına ilkin yardım göstərilib. Həm qadına, həm də övladına qida, ayaqqabı alınıb və sığınacağa istiqamətləndirilib.
Alçina Amilqızı, Bizim.Media