Ölkədə inflyasiya ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Ölkədə inflyasiya ilə bağlı AÇIQLAMA 

94137

Azərbaycanda mövsümi amillərin azaldıcı təsirlərinə baxmayaraq avqustda 0.9% səviyyəsində inflyasiya olub. Qeyri-ərzaq və xidmətlərin bahalaşması ilə yanaşı ərzaq mallarının da 1.2% bahalaşması aylıq inflyasiyanı şərtləndirib. 

Azərbaycan Mərkəzi Bankından Bizim.Media-ya verilən məlumata görə, illik inflyasiya 2022-ci ilin avqustunda 14.2% təşkil edib, orta illik inflyasiya isə 13.2% olub. Baza inflyasiya illik 12.1%, orta illik 10.2% olub. 

Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib. 
Aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Avqust ayında dünya ərzaq qiymətləri 1.9% azalsa da onun illik artımı 7.9% səviyyəsindədir və müəyyən zaman intervalı ilə daxili qiymətlərə ötürülür.

Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da ümumilikdə yüksək olaraq qalır. 

Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir. İstehsalçı qiymətləri indeksi qeyri-neft sənaye məhsulları üzrə və kənd təsərrüfatı məhsulları üzrə avqustda müvafiq olaraq 0.1% və 1% artıb. Son 1 ildə isə bu göstəricilərin artımı müvafiq olaraq 16.5% və 19.3% təşkil edib. 

İnflyasiya gözləntiləri ötən iclasdan bəri əsasən sabit qalıb. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri avqustda əvvəlki ayla müqayisədə tikintidə azalıb, xidmət sektorunda demək olar ki, sabit qalıb, ticarətdə və qeyri-neft sənayesində isə cüzi yüksəlib. 
İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilmişdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin