Hansı işçilərin işdən çıxarılması qanunla qadağandır? - SİYAHI

Hazırda oxunan: Hansı işçilərin işdən çıxarılması qanunla qadağandır? - SİYAHI

94136

Ölkə qanunvericiliyində bəzi istisnalar var. O istisnalar bəzən insanların yaşam sığortası olur. Məsələn, Əmək Məcəlləsində bəzi əməkdaşlarla əmək müqaviləsinin ləğv olunması qadağan edilir.

Bizim.Media-nın araşdırmalarına əsasən, istisna hallar var ki, işəgötürən tərəfindən bəzi kateqoriya işçilərin işdən çıxarılması yasaq edilir.

Bu kateqoriya hansılardır? 

1. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Şəkərli diabetlə və ya dağınıq skleroz xəstəsi olan şəxslər;

3. İşçinin hansısa Həmkarlar ittifaqları təşkilatının və ya hər hansısa siyasi partiyanın üzvü olması motivinə görə;

4. Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin;

5. Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

6. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin