ABŞ-ın Pueblo şəhərində boks üzrə təşkil olunan beynəlxalq turnirdə final döyüşləri keçirilib.
Bizim.Media xəbər verir ki, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışda komandamızın 3 idmançısı həlledici döyüşə çıxıb.
Boksçularımızdan bütün rəqiblərinə qalib gələn Ümid Rüstəmov (57 kq) çempion tituluna yiyələnib. Ardıcıl olaraq çinlilər - Xinyan Vanq və Ping Lyunu məğlub edən həmyerlimiz finalda Julius Ballo (ABŞ) ilə üz-üzə gəlib.
Yerli idmançı ilə gərgin keçən döyüşdə 3:2 hesabı qələbə qazanan Rüstəmov qızıl medala yiyələnib.
51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsi başa çatdığından boksçumuz gümüş medala sahib olub.
Məhəmməd Abdullayev (+92 kq) də turniri ikinci yerdə bitirib. Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşüb və görüşdən rəqib üstün ayrılıb.
Beləliklə, yarışa 6 boksçu ilə qatılan komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Yığmamızın heyətində üçüncü yeri bir gün öncə Nəbi İsgəndərov (71 kq) tutub.
Qeyd edək ki, avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən yığmamız sentyabrın 17-də Bakıya qayıdacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:10 / 16.09.2022
Boksçularımız beynəlxalq turniri 4 medalla başa vurdu
Hazırda oxunan: Boksçularımız beynəlxalq turniri 4 medalla başa vurdu
Hazırda oxunan: Boksçularımız beynəlxalq turniri 4 medalla başa vurdu
94122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.