MTK-lar binaları satdıqdan sonra idarəçiliyi əllərində saxlaya bilərmi? – Hüquqi İZAH 

Hazırda oxunan: MTK-lar binaları satdıqdan sonra idarəçiliyi əllərində saxlaya bilərmi? – Hüquqi İZAH 

93974

Hündürmərtəbəli binalarda sakinlərin daha çox rastlaşdığı problemlərdən biri də binaların zirzəmilərindəki parklanma yerlərindən istifadə məsələsidir. Bir çox hallarda həmin yerlərin ödənişli olması mənzil sahibləri ilə MTK rəhbərliyi arasında mübahisəyə səbəb olur. Bəs mövcud qanunvericilikdə sözügedən məsələnin tənzimlənməsi ilə bağlı hansı normalar müəyyən olunub?

Məsələ ilə bağlı hüquqşünas Şaiq Mirzəyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yalnız yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyətçiyə-MTK-ya məxsusdur. Amma binanın zirzəmisi ümumi mülkiyyətdir.

Hüquqşünas onu da əlavə etdi ki, zirzəmilərin həcmi az olduğundan hər bir mənzil mülkiyyətçisinin parklanma xidmətindən istifadəsində çətinliklər yaranır. 

“Ona görə də yaranmış problemin tənzimlənməsi məqsədilə Mənzil Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq, çoxmənzilli binanın sakinləri ümumi yığıncaq çağırmalıdırlar. Bu yığıncaqda ümumi əmlakın istifadəyə verilməsi haqqında qərar qəbul edilməli, ümumi razılıq əsasında hündürmərtəbəli binaların parkinq yerindən istifadə prosedurları müəyyən olunmalıdır”.

Hüquqşünas bildirir ki, ümumiyyətlə, hündürmərtəbəli binaların idarəolunmasında müəyyən problemlər var. MTK bütün mənzilləri kimlərəsə satsa da binanın idarəolunmasını öz əlində saxlayır:

“Əslində isə mənzillər satıldıqdan sonra bina sakinlərinin ümumi yığıncağı çağırılmalı və idarəetmə orqan seçilməlidir. Və binanın idarəolunması yalnız sakinlər tərəfindən həyata keçirilə bilər. Amma hazırda bütün yeni tikilən hündürmərtəbəli binalar MTK tərəfindən idarə edilir. Bu isə qanun pozuntusudur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin