Tünzalə Ağayevadan TƏBİB-ə müraciət  - “100 faiz durğunluq içindəyik...”

Hazırda oxunan: Tünzalə Ağayevadan TƏBİB-ə müraciət  - “100 faiz durğunluq içindəyik...”

9388

Azərbaycanın xalq artisti Tünzalə Ağayeva Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib. Müğənni pandemiya dövründə sənət adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətin götürülməsini istəyib.

Bizim.Media həmin müraciəti təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Tünzalə Ağayeva: "Yeni nəsil bəstəkarlarda müasirlik yoxdur" - FOTO


“Pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal “kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət , Iincəsənət sahəsinə qarşı qadağalar davam edəcək?! 

Təəssüf ki əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir.

Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki , biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək.

Bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu, çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər”. 

Musiqi mədəniyyətinin çox qiymətli sənətçiləri itirə-itirə getdiyini qeyd edən müğənni əksər insanların Azərbaycanın tanınmışları haqqında yalnış təsəvvürə mailk olduğunu bildirib:

“Baxın başqa ölkələrdə musiqiçi, artist kimi məhşurlaşmaq, çox yaxşı qazanmaq deməkdir. Albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məhşurun qazancıdır.

Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir. Bunun obyektiv və subyektiv səbəbləri var. Təssüf ki, alternativ fəaliyyət imkanları da yoxdur.

Bizdə məhşur musiqiçi və artist olmaq iş adamı demək deyil - o Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir.

1 ildir tamamən, 100 % durğunluq içindəyik. Bu vəziyyət musiqi mədəniyyətinə töhvələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır”, - deyə Tünzalə Ağayeva müraciətində qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin