12 sentyabr 2022-ci il tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı başlatdığı hərbi təxribat beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq davam etdirilir.
Bu barədə Bizim.Media-ya XİN-dən bildirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir.
Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbçilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumatlandırılıb.
Belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycan mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir.
Ermənistanı dağıdıcı fəaliyyətindən çəkinməyə, humanitar atəşkəsə riayət etməyə çağırırıq.
Bölgədə sülh yalnız beynəlxalq hüquqa ciddi riayət olunması əsasında təmin oluna bilər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:14 / 14.09.2022
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir - XİN
Hazırda oxunan: Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir - XİN
Hazırda oxunan: Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir - XİN
93818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.