Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Qaraçinar kəndində yaşayan, Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Arzuman İman oğlu Orucov və Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu yaralanıblar.
Bizim.Media xəbər verir ki, oxu.az hadisələrin təfərrüatını öyrənib.
Qaraçinar kənd nümayəndəliyindən bildirilib ki, A.Orucov hazırda Kəlbəcərdə işinin başındadır:
“Arzuman Orucov Kəlbəcər rayon sakinidir. Burada qeydiyyatsız yaşayır. Tərtər rayonunda müvəqqəti qeydiyyatı var. Yaylaq mövsümü başlayandan o, Kəlbəcərdə heyvandarlıqla məşğuldur. Vəziyyəti yaxşıdır. Əlaqə saxladım. O, hazırda işinin başındadır. Ayağının topuq hissəsindən xəsarət almışdı”.
Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini Arzuman Orucov Oxu.Az-a açıqlamasında öz təkidi ilə xəstəxanadan buraxıldığını deyib:
“Sentyabrın 12-dən 13-nə keçən gecə saat 23:00-dan atəş səsləri eşitməyə başladıq. Gecə 03:00-da yaxın məsafədə partlayış səsi eşitdik. Yatmamışdıq. Oyaq idik. Ərazimizdə işıqlar yanırdı. İşıqları söndürmək üçün yoldaşları çağırdım. Çadırı tərk etdik. Həmin vaxt mərmini hiss etdim. Yaxınımıza düşdü. Xoşbəxtlikdən, partlamadı. Bir dəqiqə sonra təkrar mərmi gəldi. İki nəfər yerə uzandı. 30 m məsafədə top mərmisi partladı. Ciddi zədə almadım. Hazırda Kəlbəcərdəyəm. Burada müalicə alıram”.
A.Orucov Asim Musayevin vəziyyətinin ağır olduğunu bildirib:
“Biz birlikdə heyvandarlıqla məşğuluq. Asimin ayağının dizdən yuxarı, baldırının arxa hissəsindən qəlpə keçdi. Əməliyyat olunmalıdır. Çünki qəlpə iki damarını kəsib. Asimə ilkin tibbi yardım göstərdim. Onu Gəncəyə apardılar. Mən buradakı xəstəxanaya getdim. Yaramın ciddi olduğunu dedilər. Lakin özümü yaxşı hiss etdiyimdən ilkin tibbi yardım alandan sonra oranı tərk etdim”.
Arzuman Orucov təxribat nəticəsində 19 baş iribuynuzlu heyvanın tələf olduğunu söyləyib:
“Hazırda ayağımı yerə basa bilmirəm. Həkimlər gəlib, diqqət edirlər. Bir az şiş var. Bura bizim Vətənimiz, torpaqlarımızdır. Hər kəs görməlidir ki, Vətən sahibi Vətənindədir. İşimizi davam etdiririk. Qorxsaydıq, burada olmazdıq. Əzmimizi sübut etməyə davam edirik. Hazırda sərhəddən iki km aralıdayam. Əgər qorxsaydım, təsərrüfatı dərhal buradan çıxarardım. Ayağımızı itirsək belə, burada olacağıq”.
Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasından isə Asim Musayevin vəziyyətinin orta stabil olduğu bildirilib:
“Vəziyyəti ağır deyil. Ayağından güllə yarası alıb. Durumu yaxşıya doğru gedir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:24 / 14.09.2022
Ermənilərin yaraladıqları mülki şəxs: “Ayağımızı itirsək belə, geri çəkilməyəcəyik”
Hazırda oxunan: Ermənilərin yaraladıqları mülki şəxs: “Ayağımızı itirsək belə, geri çəkilməyəcəyik”
Hazırda oxunan: Ermənilərin yaraladıqları mülki şəxs: “Ayağımızı itirsək belə, geri çəkilməyəcəyik”
93803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.