“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün elektron sənəd qəbulu sabah başa çatacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.
Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Hər hansı əlavə sual yarandığı zaman xaricdə doktorantura təhsili ilə bağlı mütəmadi verilən suallara və onların cavablarına (FAQ/MVS) və ya [email protected] electron poçt ünvanına müraciət oluna bilər.
Xatırladaq ki, bu prosesə iyulun 15-dən start verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:33 / 14.09.2022
Doktorantura təhsili üçün sənəd qəbulu başa çatır
Hazırda oxunan: Doktorantura təhsili üçün sənəd qəbulu başa çatır
Hazırda oxunan: Doktorantura təhsili üçün sənəd qəbulu başa çatır
93734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.