Xəbər verdiyimiz kimi sentyabrın 13-də II Qarabağ müharibəsində həlak olan erməni əsgərlərin valideynləri Ermənistan parlament binası qarşısında etiraz aksiyası keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə “sputnik armenia” məlumat yayıb.
Etirazlara bu gün də davam edən aksiya iştirakçıları parlament binası qarşısında su və ərzaq ehtiyatı ilə dolu torbalar yığıblar. Bununla da etirazçılar aksiyaya hələ uzun müddət davam edəcəklərində israrlı olduqlarını nümayiş etdiriblər.
Məlumata görə valideynlər hökumət rəsmilərindən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təcili nəzarətə götürməyi və baş nazir Paşinyanın qəsdən qanun pozuntusuna yol verdiyi üçün ittiham edilməsini tələb edirlər.
Aksiya iştirakçıları dövlət rəhbərliyinin baş verən vəziyyəti stabilləşdirməyəcəyi təqdirdə istefa verməsinə dair şüarlar səsləndiriblər.
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:37 / 14.09.2022
Ermənistanda etirazlar DAVAM EDİR - VİDEO
Hazırda oxunan: Ermənistanda etirazlar DAVAM EDİR - VİDEO
Hazırda oxunan: Ermənistanda etirazlar DAVAM EDİR - VİDEO
93720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.