Azərbaycan Memarlıq və İnşaat Universitetinin PR və Media bölməsinə rəhbər təyin olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Universitetin PR və Media bölməsinə jurnalist Nicat Abdullayev rəhbərlik edəcək.
Nicat Abdullayev bu barədə "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və bu təyinatına qədər İctimai, eləcə də ARB24 telekanallarında müxbir, redaktor, Azərbaycan Texniki Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarında PR menecer vəzifələrində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:38 / 13.09.2022
Memarlıq və İnşaat Universitetinə yeni mətbuat katibi təyin olundu
Hazırda oxunan: Memarlıq və İnşaat Universitetinə yeni mətbuat katibi təyin olundu
Hazırda oxunan: Memarlıq və İnşaat Universitetinə yeni mətbuat katibi təyin olundu
93606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.