Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə bağlı yoxlama materialları DTX-ya təqdim edilib

Hazırda oxunan: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası ilə bağlı yoxlama materialları DTX-ya təqdim edilib

93598

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında mühasibatlıq işçilərinin və bu tibb müəssisəsində çalışmayan şəxslərin plastik kart hesablarına əsassız vəsaitlərin köçürülməsi, tibb işçilərinin tarif dərəcələrinin düzgün müəyyən olunmaması nəticəsində artıq əməkhaqı, habelə əməkhaqına qeyri-qanuni əlavələrin edilməsi kimi hallar müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, bundan əlavə, hərbi xidmət dövründəxəsarət alan hərbi qulluqçulara sığorta ödənişi üçün verilmiş arayışların bir qisminin sənədləşmələrində qanunvericiliyin tələblərinin pozulması halları da aşkarlanıb.
Artıq ödənişlərin bərpası və təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədi ilə yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin