Ermənistan çarəsiz durumda – Paşinyan detalları AÇIQLADI  

Hazırda oxunan: Ermənistan çarəsiz durumda – Paşinyan detalları AÇIQLADI  

93556

“Ermənistan silah alınması üçün bütün maliyyə imkanlarına sahibdir. Lakin elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər”.  

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.  

O deyib ki, silah alınması maliyyə, siyasi, texniki və nəqliyyat daxil olmaqla, 4 komponentdən ibarətdir:  

“Maliyyə baxımından problem olmasa da, siyasi problemlər mövcuddur. Elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər. Lakin elə ölkələr də var ki, bunu etməyə hazırdır, ancaq onların lazımi silahı yoxdur”.  
Paşinyan həmçinin bildirib ki, xarici ölkələrdən silah alıb ölkəyə gətirmək üçün isə Ermənistanın dənizə çıxışı yoxdur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin