"Həll yolu ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır" - Fərid Şəfiyev 

Hazırda oxunan: "Həll yolu ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır" - Fərid Şəfiyev 

93512

"Ermənistan və Azərbaycan arasında toqquşmaların əsas səbəblərindən biri yalnız sülh sazişinin olmaması deyil, həm də delimitasiya və nəqliyyat bağları kimi bir sıra istiqamətlərdə əhəmiyyətli irəliləyişin olmamasıdır". 

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Facebook" hesabında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN 


“Ermənistan və Azərbaycan arasında bugünkü toqquşmaların əsas səbəblərindən biri yalnız sülh sazişinin olmaması deyil, həm də delimitasiya və nəqliyyat bağları kimi bir sıra istiqamətlərdə əhəmiyyətli irəliləyişin olmamasıdır. Ermənistan bir neçə gün öncə Zəngəzur/Mehri dəmiryolu layihəsindən imtina etdiyini bəyan etdi”, - deyə o qeyd edib. 
 
Fərid Şəfiyev vurğulayıb ki, sülhün qarşısındakı digər əsas maneə isə Azərbaycan ərazisində qanunsuz erməni qüvvələrinin mövcudluğudur:

“Bu uzun müddət öncə həll edilməli idi, amma 2020-ci il müharibəsindən əvvəl də olduğu kimi, müharibədən sonra da demək olar bütün məsələlər Ermənistan tərəfindən yaradılıb. Yeganə həll yolu digər müvafiq şərtlərlə birlikdə ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin